Rusiya Çində müsəlmanların siyasi təlim düşərgələri salınması məsələsini Pekinin daxili işi sayır və buna müdaxilə etmək fikrində deyil.
Bizimaz.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Bu haqda məlumatlı deyiləm. ABŞ aktiv şəkildə bu məsələni gündəmə gətirir. Biz digər ölkələrin daxili işlərinə müdaxilə etmirik və münasibətlərimizdə problemlər axtarmağa cəhd etmirik”, – deyə o bildirib.