NATO və Makedoniya Skopyenin alyansa üzvlüyü ilə bağlı protokol imzalayacaqlar.
Bizimaz.az xəbər verir ki, bu məlumatı öz Tvitter səhifəsində NATO Baş katibi Yens Stoltenberq paylaşıb. Məlumata görə, protokol fevralın 6-da imzalanacaq.
Qeyd edək ki, bundan öncə Rusiya Makedoniyanın NATO-ya inteqrasiyasına kəskin etirazını bildirib.