Vaşinqton 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və SSRİ lideri Mixail Qorbaçov arasında imzalanan “Orta Mənzili Nüvə Qüvvələri Razılaşması”ndan çıxdıqlarını açıqladıqdan sonra Moskva da eyni addımı atıb.Bizimaz.az Publika.az-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ölkəsinin razılaşmadan çıxdığını bəyan edib.
Dünən ABŞ dövlət katibi Mayk Pompeo ölkəsinin anlaşmadan çıxdığını açıqlamışdı.
Bu qərar ABŞ və Rusiyanın liderliyində dünyanın silahlanma yarışının artacağına səbəb olacaq.
Qeyd edək ki, 1987-ci ildə Nevada ştatında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında imzalanmış sazişdə Rusiya və ABŞ-ın mənzili 300-3400 mil aralığında olan raket alması, istehsal etməsi və ya sınaqdan keçirməsi qadağan edilib.