Rusiyada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüb.
Bizimaz.az bildirir ki, Report-un məlumatına görə, Müqəddəs Danil monastırında baş tutun görüşdə çıxış edən Şeyxülislam qarşılıqlı münasibətlərdən danışaraq Patriarxa qardaş deyə müraciət edib.
O qeyd edib ki, Azərbaycanın ən böyük problemi olan Qarabağ münaqişəsi Kirillin sayəsində dini konfiliktə keçmədi:
“Bu işdə sizin rolunuz danılmazdır. Buna görə sizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından təşəkker edirəm. Və bu problemin həllində əlinizdən gələni edəcəyinizə inanırm" - deyə Paşazadə bildirib. Şeyxulislam, həmçinin, Moskvada Azərbaycanlılar üçün məsçid inşa olunması üçün də Rusiya patriarxına müraciət edib:
“Sizdən xahiş edirəm ki, bir qardaş kimi Moskvada azərbaycanlılar üçün məscid tikmək üçün yer ayrılsın. Bu bizim münasibətlərin inkişafına təkan verəcək”.
Görüş davam edir. Görüşün sonunda mətbuata açıqlama veriləcək.