Bizimaz.az Publika.az-a istinadən xəbər verir ki, deputat Qasım Mirzayi Nikunun çıxışı zamanı digər millət vəkilləri etiraza qalxıblar.
Mirzayi İranda 2009-cu ildə keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz edən siyasətçilərin ev dustaqlığı ilə bağlı danışmağa başlayıb. Bu isə bəzi digər millət vəkillərinin kəskin etirazına səbəb olub. Onlar şüarlar səsləndirərək, Mirzayini mövzudan yayınmamağa, bu cür məsələlər yerinə, xalqın iqtisadi problemlərindən danışmağa çağırıblar.
Əksəriyyəti mühafizəkərlardan ibarət olan deputatlar Milli Məclisin bütün komissiyalarını gündəmi dəyişmək üçün bu cür mövzuları müzakirə etməkdən çəkinməyə, ölkəni bürüyən iqtisadi problemləri həll etmək üçün çıxış yolu axtarıb tapmağa çağırıblar.