Xəbər lenti

 

Gürcüstan ictimaiyyəti yanvarın 20-də Axalkalakinin Buqaşeni kəndində Azərbaycan-Ermənistan münaqişəsində iştirak etmiş Mixail Avaqyanabüstün qoyulmasını mənfi qəbul edib.

 

Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, bu haqda Gürcüstan parlamentinin “Gürcüstan Arzusu-Demokratik Gürcüstan” hakim partiyasından olan deputatı Savalan Mirzəyev  “Media.Az”a verdiyi açıqlamada bildirib.

Qısa müsahibə ilə deputat insident ətrafında baş verənləri şərh edib.

 - Gürcüstan ictimaiyyəti baş verənləri necə qarşıladı?

- Gürcüstanın  analitik dairələrinin nümayəndələri artıq buna olan etirazlarını ifadə ediblər. Onlar büstün açılışı ilə bağlı mənfi fikirdədilər. Bunda müəyyən qüvvələrin Gürcüstan-Azərbaycan əlaqələrinə xələl gətirmə cəhdlərini görürlər. Vətəndaş cəmiyyətinin nümayəndələri bu təxribatlarının qarşısının alınacağına ümid bəsləyir.

- Gürcüstanda kompakt yaşayan azərbaycanlılar bu informasiyanı necə qəbul etdi?

- Azərbaycan icması coşqun reaksiya göstərib. Bu xəbəri çox neqativ qəbul etdilər. Sosial şəbəkələrdə açıq şəkildə etirazlarını ifadə edirlər, rəsmi şəxslərə açıq məktublar göndərirlər.

- Şəxsən siz məsələ ilə əlaqədar hansısa rəsmi quruma müraciət etmisiniz?

-  Bəli, mən də, aidiyyəti qurumlara etirazımı bildirmişəm.

Sonda, baş verənləri necə qiymətləndirərdiniz?

- Hesab edirəm ki, müəyyən qüvvələr Gürcüstan-Azərbaycan münasibətlərinə xələl qatmaq istəyir. Separatizmdən əziyyət çəkən, əraziləri işğal altında olan ölkə olaraq, Gürcüstan heç vaxt separatçılığı dəstəkləməyib. Bu hadisənin ilk növbədə Gürcüstana qarşı atılmış addım kimi görürəm, ona görə ki, büstün qoyulması ilə bağlı bələdiyyə səviyyəsində qəbul olunmuş qərar, nə hakimiyyətin nə də dövlətin qərarı deyil. Baş verənləri pisləyirəm və bu təxribatların qarşısının alınacağına inanıram.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov