Xəbər lenti

Plüralist demokratik cəmiyyətlərdə müxalifət həyati əhəmiyyətli rol oynayır.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva AŞPA-da Türkiyədə müxalifətçi siyasətçilərin vəziyyətinin pisləşməsi: onların əsas hüquqlarının qorunması üçün Avropa Şurasında nə etməli?” adlı qətnamə layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili Türkiyə ilə bağlı müzakirələrdə Azad Demokratlar Qrupu adından çıxış edərək Avropanı terrora dəstək verən siyasətçiləri dəstəkləməməyə çağırıb:

“Hörmətli həmkarlar, plüralist demokratik cəmiyyətlərdə müxalifət həyati əhəmiyyətli rol oynayır. Onlar milli idarəetməni yaxşılaşdırmaq məqsədilə hakimiyyətdə olan siyasi partiyanı tənqid edirlər. Onların rolu mühümdür və demokratiyanı müxalifətsiz təsəvvür etmək mümkün deyil. Buna baxmayaraq, müxalifət də demokratiya, insan haqları və qanunun aliliyi prinsiplərinə riayət etməlidir. Bu əsas prinsiplərə hörmət etməyən istənilən müxalifət demokratiyanın fəaliyyətinə aradan qaldırıla bilinməyən zərər vurur. Türkiyə məsələsinə gəlincə, müxalifətin bir sıra üzvləri demokratiya qaydalarına uyğun fəaliyyət göstərmirlər. Qətnamə laayihəsi terrorizmlə bağlı hüquq pozuntularına görə təqsirləndirilən HDP siyasətçilərinə istinad edir. Onların milli məhkəmə orqanlarına apellyasiya vermək hüququna heç bir maneə törədilmir. Nəticə etibarilə onlar qanuni hüquqlarından maneəsiz istifadə edə bilərlər. Müxalifətçi siyasətçi olmaq terrorizmlə bağlı cinayətlərdə de-fakto toxunulmazlıq hüququ verirmi? Bu qurumun və AŞPA üzvlərindən heç kim bu suala müsbət cavab verə bilməyəcək”.

Deputat qeyd edib ki, siyasətçi olmaq terrorizmə təhrik etmək və beynəlxalq terror təşkilatları üçün təbliğat aparmaq üçün kart-blanş vermir:

“AŞPA müxalifətçi siyasətçilərə qarşı məhkəmə proseslərinə necə münasibət göstərməlidir? Müxalifətin müdafiəsi ilə terrorizmin dəstəklənməməsi arasında həssas tarazlıq tapılmalıdır. Buna baxmayaraq, bu hesabat bu cür tarazlığı yaratmağa cəhd göstərmir. Bu hesabatda təkcə məhkəmə prosesləri ilə bağlı faktlara məhəl qoyulmur, həm də Türkiyə ilə münasibətdə konstruktiv yanaşma yoxdur. Azad Demokratlar Qrupu olaraq biz müxalifətin demokratik cəmiyyətlərdə oynadığı həyati əhəmiyyətli rol faktını tamamilə dərk edirik. Üzv dövlətlərdə demokratiyanın güclənməsi terrorizmlə bağlı ittihamlara qarşı “gözü kor” anlamını verməməlidir. Biz başqa üzvləri də bu məsələyə eyni bucaqdan yanaşmağa dəvət edirik”.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov