Ermənistanla bütün istiqamətlərdə münasibətləri inkişaf etdirmək lazımdır.
Bizimaz.az xəbər verir ki, bunu Senatda dinləmələr zamanı ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizəd Lin Treysi deyib.
“Bizim Ermənistana qarşı siyasətimiz – qonşuları ilə sülh şəraitində yaşayacaq demokratik, çiçəklənən və müstəqil Ermənistanın gücləndirilməsi – dəyişməzdir. Özünün öz tərəfdaşlarını seçməli olduğu Ermənistanın suverenliyinə bağlılığımı təsdiqləyirəm”, – deyə o bildirib.
Qeyd edək ki, Senat bundan öncə Treysinin Ermənistanda səfir vəzifəsinə namizədliyini təsdiqləyib.