Fransa parlamentinin deputatı Lyuk Karvunas Fransa Prezidenti Emmanuel Makrona müraciət edərək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa səfərini ləğv etməsini istəyib.
Bizimaz.az: Karvunas Makrondan Ərdoğana göndərdiyi təklifi geri çəkməsini tələb edib. O, Makronun bu addımı qondarma erməni soyqırımına görə atmalı olduğunu bildirib.
Qeyd edək ki, Makron bundan öncə Ərdoğanı Birinci Dünya müharibəsinin bitməsinin 100 illiyi ilə bağlı tədbirə dəvət edib. Tədbirin 11 noyabrda keçirilməsi nəzərdə tutulub.
Türkiyə mediası ərdoğanın 10-11 noyabr tarixlərində Fransada səfərdə olacağını yazıb.