“5 sentyabr 2022-ci il tarixində Rusiya Federasiyasının Kabil şəhərindəki səfirliyinə edilən terror hücumu nəticəsində 2 rus diplomatın, habelə əfqan vətəndaşların vəfat etməsi xəbərini kədərlə qarşılayırıq”.
Bizimaz.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir.
“Terrorla üzləşmiş bir dövlət olaraq Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir. Diplomatların həyatına qəsd qəbul edilməzdir.
Terror hücumu nəticəsində həyatını itirən şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir və yaralıların tezliklə sağalmasını diləyirik”, - deyə məlumatda qeyd olunub.