Qarabağdakı separatçı-terrorçu dəstənin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Rusiya sülhməramlı kontingentinin komandirinə müraciət edib.
Bizimaz.az-n məlumatlna görə, Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Vitali Balasanyan general-mayor Andrey Volkovdan tələb edib ki, qondarma “DQR”in razılığı olmadan azərbaycanlı jurnalistlərin və digər ölkələrin media nümayəndələrinin sülhməramlı qüvvələrin məsuliyyət zonasına daxil olmasına icazə veriməsin.
Xatırladaq ki, ötən gün Azərbaycanda fəaliyyət göstərən Haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev rusiyalı sülhməramlıların müşayiətilə Laçın şəhəri və Zabux kəndində olub.
Jurnalistin Laçından hazırladığı reportaj erməniləri qəzəbləndirib.
Xatırladaq ki, Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşalmaq üçün avqustun 25-nə kimi vaxt verib.