“İşğaldan azad edilən ərazilərdə DSX tərəfindən geniş işlər görülüb. Azərbaycan-İran sərhədində 14 zastavanın fəaliyyəti bərpa olunub”.
Bizimaz.az bildirir ki, “Report”un xəbərinə görə, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində 110 döyüş məntəqəmiz var: “Hazırda orada xidmət davam edir. Ərazilərin minalardan təmizlənməsi üzrə də kifayət qədər işlər görülüb və görülür”.