Xəbər lenti

Əsas məqsəd etibarlı, rahat, insanlar üçün təhlükəsiz  şəhər və kəndlərin yaradılmasıdır

Məlum olduğu kimi, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyündən 30 il keçir. Sivil, demokratik dövlət quruculuğu istiqamətində uğurla addımlayan, qanunçuluğun möhkəmləndirilməsi və daha da təkmilləşdirilməsi baxımından böyük işlərin, ən zəruri tədbirlərin həyata keçirildiyi məkan olmaq etibarı ilə Azərbaycan bu gün dünyanın nüfuzlu, sayılıb –seçilən dövlətlərindən biridir. Möhtərəm Prezidentimiz İlham Əliyev 2022-ci ilin 27 iyun tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasındakı çıxışında bildirmişdir ki, 2022 –ci il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 ili tamam olur. Bu mühüm hadisəni qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir.
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli, möhtəşəm sərkərdəliyi, dahiyanə siyasi uzaqgörənliyi sayəsində rəşadətli Ordumuzun cəmi 44 gün ərzində işğal altında olan torpaqlarımızı azad edərək tarixi Zəfərə imza atması nəticəsində regionda yeni reallıqlar yaranmışdır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa və quruculuq işləri davam edir. Azərbaycan dövləti 30 ilə yaxın müddətdə ermənilər tərəfindən dağıdılmış, vandallığa məruz qalmış kənd və şəhərlərini qətiyyətlə, əzmlə, böyük ruh yüksəkliyi ilə bərpa edir. “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” şəhərlərimizin gələcəkdə abad, müasir, gözəl məkanlara çevrilməsində xüsusi önəm kəsb edir. Bir çox xarici dövlətlərin öz şirkətlərinin bərpa prosesində iştiraka hazır olduqlarını bəyan etmələri Azərbaycanın haqq işinə olan beynəlxalq hörmət və ehtiramın bariz nümunəsidir.
Ölkə Prezidenti sözügedən sessiyada çıxışı zamanı vurğulamışdır ki, Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahidi olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər.
Erməni faşistləri 30 il müddətində soydaşlarımızı öz doğma ocaqlarından, dədə-baba yurdlarından ayrı yaşamağa, həsrət, nisgil dolu günlər keçirməyə məcbur etsələr də, çoxsaylı amansız terror aktları törətsələr də, əsirlikdə olan azərbaycanlıların başına min oyun açsalar da, ölkəmizə qarşı daim heç bir əsası olmayan böhtan-şər kampaniyası aparsalar da xalqımız özünün milli mentalitetindən irəli gələn sülhsevər xislətini dəyişməmiş, ermənilərlə mehriban, dinc qonşuluq şəraitində yaşamağa üstünlük verir.
Ölkə başçımız çıxışı zamanı bu xüsusda vurğulamışdır ki, Sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər. Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 prinsip irəli sürüb və Ermənistan onları qəbul edib.
Vətən müharibəsi möhtəşəm Qələbəmizlə başa çatdıqdan sonra dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri minalanmış ərazilərin tezliklə və yüksək keyfiyyətlə təmizlənməsindən ibarətdir. Bu, əlbəttə, soydaşlarımızın doğma yurd yerlərinə qayıdaraq həyatlarını normal şəkildə davam etdirmələri, qurub-yaratmaları üçün ilkin, eyni zamanda ən vacib və zəruri şərtdir. Uzun illər ərzində torpaqlarından ayrı düşmüş həmvətənlərimizin ən böyük arzusu yenidən doğulub boya-başa çatdıqları yurd yerlərinə qayıtmaqdır. Bunun üçün isə təhlükəsiz şərait lazımdır.
Sessiyada bu məsələ ilə bağlı dövlət başçımız bildirmişdir ki, rəsmi İrəvanın hərbi cinayətləri sülh dövründə də davam edir. Yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb.
Bütün çətinliklərə baxmayaraq, hazırda işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma, bərpa-quruculuq işləri geniş vüsət almışdır. Necə ki, xalq-iqtidar-ordu birliyi sayəsində ölkəmiz özünün tarixi ərzində ən böyük Zəfərə imza atıb, postmüharibə dövründə də qarşıya qoyduğu hədəflərə böyük uğurla nail olacaqdır. İlk pilot layihə kimi götürülən Zəngilanın Ağalı kəndində bu layihənin müvəffəqiyyətlə gerçəkləşdirilməsi sayəsində ilk sakinlər artıq burada yaşamağa başlamışlar. Bu, digər ərazilərimizə də köçkün söydaşlarımızın tezliklə qayıdacaqlarına tam əminlik yaradır.
Möhtərəm Prezidentimiz çıxışında diqqətə çatdırmışdır ki, yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının inşası davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir. Məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır.

Əzizağa Məmmədli,
“Qələbə” qəzetinin əməkdaşı
22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov