Xəbər lenti

Kamaləddin Qafarov: “Azərbaycan öz vətəndaşlarının rifahı naminə mövcud imkanları reallaşdıracaq”

“Otuz ilə yaxın müddət ərzində davam edən işğal dövrü ərzində erməni qəsbkarları Azərbaycan torpaqlarında görünməmiş miqyasda talançılıqla məşğul olub, ağlasığmaz vandalizm aktları həyata keçiriblər. Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması, mənimsənilməsi və öz tarixi təyinatına uyğun olmayan şəkildə istifadəsinə yönəldilmiş siyasəti azərbaycanlıların bu ərazilərdə tarixi izlərini tamamilə silməyə yönəlmişdi. Azərbaycan hər zaman Ermənistanın törətdiyi bu cinayətlər haqqında müvafiq beynəlxalq təşkilatları məlumatlandırıb və proses bu gün də davam edir. Dövlətimiz erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərini sistemli şəkildə həyata keçirir. Ölkə Prezidenti cənab İlham Əliyevin bütün beynəlxalq platformalarda etdiyi çıxışlarında, xarici KİV-lərə müsahibələrində bu məsələlər barədə ətraflı məlumatlar verilir, inkarolunmaz dəlillər təqdim olunur. Dövlət başçımız mayın 4-də Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsinin təyin olunması ilə bağlı etdiyi çıxışında da bu məsələyə toxunmuş, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin ermənilər tərəfindən ölçüyəgəlməz dağıntılara məruz qoyulduğunu bir daha vurğulamışdır. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilmiş, rayonun tarixi-dini abidələri vəhşicəsinə dağıdılmış, təbii sərvətləri amansızcasına talanaraq bölgənin təbiətinə qarşı əsl ekosid həyata keçirilmişdir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, hazırda keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması dövlətimiz tərəfindən əsas prioritetlərdən biri kimi nüəyyən edilib: “Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərinin miqyası və əhatəliliyi hər kəsi heyrətləndirir. Yenidən qurulan yaşayış məntəqələrində birbaşa Prezident İlham Əliyevin tapşırığı əsasında, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə üstünlük verilir. Zəngilan rayonunda Ağalı kəndinin bərpası, Ağdam şəhərinin yenidən qurulması layihələrində belə müasir trendlərdən istifadə edilir. Bütün bu işlərdə qarşıya

qoyulan əsas məqsədlərdən biri də keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara, öz tarixi yurdlarına tezliklə qayıtmasını təmin etməkdir. Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Məhz elə buna görə də birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur. Burada müasir, böyük və rahat kənd salınır. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf kimi həyat üçün vacib olan amillər bu layihənin əsasında duran başlıca prinsiplərdir. Hazırda Zəngilanda böyük infrastruktur layihələri həyata keçirilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturudur. Bu il həmçinin Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir ki, bu hava limanının çox böyük funksiyaları olacaq. Bütün bunlar o məqsədə xidmət edir ki, yaxın gələcəkdə Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilsin. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunun üçün geniş imkanlar yaradır”.

Milli Məclisin deputatı bu məqamı da vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq insanların məşğulluğunun və bölgələrin iqtisadi inkişafının təmin olunması məqsədilə həmin ərazilərdə yeni müəssisələrin yaradılması məsələsi də hazırda dövlət tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır: “Zəngilan rayonunda əsas məşğulluğun və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatıdır. Öz çıxışında dövlət başçısı qeyd etdi ki, Ağalı kəndində bu il yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar olacaqdır. Ümumiyyətlə, azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur və dövlətimizin bu imkanları reallaşdırmaqla bağlı çox böyük planları var. Məlimdir ki, bu gün bütün dünyada ərzaq təhlükəsizliyi məsələsi ön plandadır. Əlbəttə Azərbaycanda son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq, dövlət başçısının da qeyd etdiyi kimi, hələ Azərbaycan özünü 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmir. Lakin görüləcək əlavə tədbirlər nəticəsində ən yaxın vaxtlarda idxaldan asılılıq xeyli dərəcədə azalacaq. Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada heyvandarlıqla da genişmiqyaslı məşğul olmaq olar. Zəngilanda kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük imkanlar var.

Prezident İlham Əliyev öz çıxışında məhz bu məqamı da vurğulayaraq bildirdi ki, rayonun kənd təsərrüfatı potensialının maksimum dərəcədə realizə etmək üçün müvafiq qurumlar tərəfindən tövsiyələr verilməlidir. Bu gün Azərbaycanın kənd təsərrüfatı sahəsinə ən qabaqcıl texnologiyaları tətbiq etmək imkanları var və dövlətimiz öz vətəndaşlarının rifahı naminə bu imkanları tam olaraq reallaşdırmaq əzmindədir”.

aia.az

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov