44 günlük müharibənin nıəticələri Azrəbaycanın Ermənsitan üzərində qələbəsi kimi tarixə düşəndən sonra Ermənistandakı revanşist qüvvələr və terrorçu ələbaşların yenidən baş qaldırma cəhdləri istər-istəməz sülh prosesinə mane olur, regionda sabitliyi pozurdu. Lakin Azərbaycan Respublikasının müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ardıcıl, düşünülmüş ardıcıl siyasi xətti, dünyada gedən proseslərə vaxtında və çevik reaksiya verməsi, regionda sabitliyin və sülhün bərqərar olması sahəsində apardığı işlər erməni separatçılarını birmənalı şəkildə məğlubiyyətə düçar etdi. Hələ 14 dekabr 2021-ci il tarixində İlham Əliyevin Avropa İttifaqının Prezidenti Şarl Mişellə görüşündə atılan addımların, sülhə doğru göstərilən çabaların müsbət nəticə verəcəyinə inam yartmışdı. Məhz İlham Əliyevin ardıcıl və sabit siyasi gedişləri, reallıqlardan çıxış edərək konkret təkliflərlə dünya güclərini inandıra bilməsi Azərbaycanın regionda söz sahbinə çevrilməsinə imkan yaratdı.
Brüssel görüşü isə bu imkanların reallığa çevrilməsi yolunda ən mühüm vəsilə oldu. Görüşüdə Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Beləliklə də, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin konstruktiv nəticələrin əldə olunması üçün başlıca prinsiplər olduğu həm Avropa, həm də ermənilər tərəfindən qəbul edildi. Məlumdur ki həmin sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Azərbaycan və Ermənistan liderlərinin Brüsseldəki görüşündə "aprelin sonunadək Birgə Sərhəd Komissiyası çağırılması" və "xarici işlər nazirlərinə gələcək sülh müqaviləsinin hazırlaması üzərində işləməyin tapşırılması" barədə razılıq əldə olunub. Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel azı 4 saat davam etmiş görüşdən sonra jurnalistlərə bildirib.
O deyib ki, Cənubi Qafqazda "sabitlik, təhlükəsizlik, rifah Avropa İttifaqı üçün son dərəcə mühümdür", ona görə bütün səyləri, etimad yaratma tətbirlərini dəstəkləyirlər: "Bu gecə böyük irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başalamağa və mümkün sülh sazişini hazırlamağa, bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik".
Şarl Mişel görüşdən sonra yaydığı bəyanatda deyib ki, ikitərəfli sərhədlərin delimitasiyası və demarkasiyası "vacib olacaq". Bu da onu sübut etdi ki, Avropa İttifaqı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sahəsində səylərini qiymətləndirir. Diplomatik müstəvidə qazanılan qələbə gələcək inkişafa və əmin-amanlığa töhfə olmaqla bərabər, münaqişə tərəflərinin vasitəçilərsiz anlaşa bilməsi yönündə irəliyə doğru atılmış addım oldu. Bununla da Azərbaycan Böyük sülhə gedən yolda qazandığı qəlkəbəni bir daha möhkəmlədə bildi.
Rüstəm Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri