Ermənistan parlamenti ikinci turda Vaaqn Xaçatryanı ölkənin yeni Prezidenti seçib.
Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Xaçatryanın namizədliyinə 71 deputat səs verib.
Yüksək texnologiyalar sənayesi naziri olan Xaçatryan hakim “Vətəndaş müqaviləsi” partiyasının namizədi idi. Onun 62 yaşı var.
Xatırladaq ki, Ermənistan parlamenti bu gün iclas zamanı ilk turda respublikanın yeni prezidentini seçə bilməyib.