“Koronavirusa qarşı vaksinlər ölkələr arasında ədalətli şəkildə paylanmalıdır. Azərbaycan ilk ölkələrdən biridir ki, bu məsələyə münasibətini ortaya qoyub”.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumunda xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Prezident İlham Əliyev dəfələrlə müxtəlif beynəlxalq təsisatlarda bununla bağlı çıxışlar edib, təkliflər səsləndirib. Biz vaksinlərin ədalətli paylanmasını təmin etməliyik”, - deyə nazir əlavə edib.