“Hazırda Birləşmiş Krallıqla Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir”.

 

Bizimaz.az  “Report”a istinadən xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın Baş naziri Boris Consonun Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı müraciətində yer alıb.

“Biz növbəti ildə Britaniya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edəcəyik. Böyük Britaniya Azərbaycanın dünyada artan rolunu alqışlayır. Cənab Prezident İlham Əliyev, Siz Qoşulmama Hərəkatının sədri kimi, narkotik dövriyyəsinə qarşı mübarizəyə töhfə vermisiniz, Azərbaycan Əfqanıstanda Kabil hava limanının müdafiəsində aktiv rol oynayıb. İki ölkə arasında münasibətlərin gələcəkdə də inkişaf etməsini arzulayıram”, - hökumət başçısı vurğulayıb.