Xəbər lenti

“Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur”
 

“Biz əməkdaşlığa açıq olan ölkəyik. Azərbaycanda müxtəlif xalqların nümayəndələri uzun illərdir ki, birgə yaşayır. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Bütün xalqların nümayəndələri yumruq kimi birləşdi”.

 

Bizimaz.az “Qafqazinfo”-a istinadən  xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında Xocalı sakinlərinin ermənilərlə birgə yaşamaq istəyib-istəməməsi ilə bağlı suala cavab verərkən deyib. 

Prezident bildirib ki, azərbaycanlılar ermənilərlə müxtəlif ölkələrdə birgə yaşayır:  “Bu yaxınlarda mənə verilən məlumata görə, azərbaycanlı jurnalist Ermənistanın eks-müdafiə nazirinin bacısını da tapmışdı. Həmin şəxsin doğmaca bacısı burada yaşayır. Ona bir söz deyən varmı? Yoxdur. 

Biz bundan sonra da buna hazırıq. Mən buna əminəm ki, köçkünlər sülhməramlı missiyasının tərkibində olan bölgələrə qayıtmalıdır. O cümlədən Xocalıya da biz qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır.  Müharibənin yaraları sağalmayıb. Xocalı yaraları sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Biz heç kimi tələsdirmək, məcbur etmək istəmirik. Bizim birinci mərhələdə məqsədimiz azad edilmiş torpaqlara vətəndaşların qayıtması dayanır. Müharibədən 4 ay keçməmiş Ermənistan rəsmi şəxsləriylə təmaslar qurulur. Bu proses müsbət istiqamətdə gedir”.

08 May 2025 "Heydər Əliyev bugünkü parlamentimizin banisidir" - Spiker
09 Aprel 2025 “Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib”
24 Fevral 2025 BMT Təhlükəsizlik Şurası ABŞ-nin Ukrayna ilə bağlı təklif etdiyi qətnaməyə səs verəcək
17 Yanvar 2025 Azərbaycan və Gürcüstan liderlərinin müzakirə edəcəyi məsələlər açıqlandı
22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov