Xəbər lenti

İşğaldan azad olunan ərazilərə böyük qayıdışın təmin edilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsindən ayrılan 2,2 milyard manat vəsait kifayət qədər çoxdur. Lakin bununla belə bu prosesə daha çox vəsaitin ayrılması lazımdır. Təbii ki, xarici və daxili investorların, Çin, Cənubi Koreya, Yaponiya kimi ölkələrin bu prosesə cəlb edilməsinə çalışmalıyıq.

 

Bizimaz.az bildirir ki, bu sözləri Axar.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban işğaldan azad olunan ərazilərdə böyük qayıdışın təmin edilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması haqda danışarkən deyib.

Ekspert bildirib ki, onsuz da gələn il dövlətin üzərinə kifayət qədər yük düşüb:

“Bu mənada düşünürəm, ayrılan 2,2 milyard manat vəsaitdən əlavə gəlirlərə ehtiyac olacaq. Bu proses cəlb ediləcək maliyyə resurslarını dörd təsnifata bölmək olar:

Birincisi, dövlətin vəsaiti. Qeyd etdiyimiz kimi, artıq bu istiqamətdə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılır.

İkincisi, xarici maliyyə resursları. Söhbət konkret olaraq xarici kredit resurslarından gedir.

Üçüncüsü, xarici və daxili özəl şirkətlər. Bu təcrübədən dünyanın bir çox ölkəsində uğurla istifadə edilir.

Dördüncüsü, mülki şəxslərin investisiyası”.

İqtisadçı bildirib ki, infrastrukturun yenidən qurulması kapitalyönlü bir məsələdir. Digər tərəfdən, bu prosesə əlavə vergilər tələb edilmir:

“Bu mənada təklif edərdim, xarici maliyyə qurumlarından uzunmüddətli kreditlər alınsın. Söhbət Asiya İnkişaf Bankı, Dünya Bankı və s.-dən gedir. Məsələ ondadır ki, onların təklif etdikləri faizlər aşağı, uzunmüddətli olur və ümumiyyətlə, Azərbaycanla münasibətləri yaxşıdır. Hətta prosesdə iştirak etmək istədiklərini və bu istiqamətdə Azərbaycana dəstək verəcəklərini bildiriblər.

Ümumiyyətlə, bizim cəmiyyətdə yanlış bir təsəvvür var ki, prosesə yalnız müttəfiqimiz, ya da sıx münasibətimiz olan ölkələr cəlb edilməlidir. Lakin bu proses tender əsasında olmalıdır. Biz bu zaman ölkəmizə investisiya ayrılacağını görə bilərik. Azərbaycan vaxtilə neft sektorunda bu təcrübədən istifadə etdi və nəticəsini gördü. Yenə eyni qaydada bu təcrübədən istifadə etsək, bayaq qeyd etdiyim ölkələri də prosesə cəlb edə biləcəyik”.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov