Paşinyan istefasını uzadır, çünki onun etməli olduğu çox iş var. Bunlara qoşunların çıxarılması, Azərbaycana şimalda 7-8 kəndin, Vayka, Ararat və Sünikdə bir neçə kəndin verilməsi aiddir.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan deyib.
“O, həmçinin Bakı ilə demarkasiya, diplomatik münasibətlərin bərpası haqqında razılaşma imzalamağa hazırlaşır. O, Azərbaycandan Türkiyəyə gedən Sünikdən keçəcək qaz kəmərinin tikilməsi və nəhayət Ankara ilə yaxın gələcəkdə diplomatik münasibətlər qurmaq niyyətindədir”, – deyə o bildirib.