Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan Rusiya sülhməramlı kontingentinin adları hələ də açıqlanmayan zabitləri ilə görüşüb.
Bizimaz.az xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, görüş Sünikdə (Zəngəzur) baş tutub. Görüşdə əsas müzakirə mövzusu Qorus-Xankəndi yoluna nəzarət, eləcə də Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi proqramı ilə bağlı olub.
Qeyd edək ki, az öncə sərhəd delimitasiyası ilə bağlı V.Arutyunyanın Zəngəzura gəldiyi bildirilmişdi.
Axar.az