Baş Prokurorluq Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenant Firudin Nəbiyevin oğluna yüksək vəzifə verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Bizimaz.az bildirir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Nəbili Orxan Firudin oğlu 05.08.2016-cı il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsində çalışır.
Qeyd edək ki, bəzi KİV-də Baş prokuror Kamran Əliyevin 2 gün öncə mərhum generalın oğluna yüksək vəzifə verdiyi ilə bağlı məlumat yayılıb.