Belarus Səhiyyə Nazirliyi Azərbaycanı sakinləri Belarusa gəldikdən sonra karantindən keçməli olan dövlətlərin siyahısından çıxarıb.
Bizimaz.az “report”a istinadən xəbər verir ki, karantindən “azad olunanlar” sırasında həmçinin Tanzaniya, Şri-Lanka, Monqolustan və Fici də yer alıb.
Buna qədər adıçəkilən ölkələrin vətəndaşları Belarusa gəldikdən sonra iki həftə özlərini təcrid etmək məcburiyyətində qalırdı.
Avqustun 4-dən əvvəl ölkəyə daxil olan şəxslər artıq karantini poza bilər.