Azərbaycan Respublikasının Milli Məclisində COVİD-19 karonavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır. Bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVİD-19 testinin nəticəsi müsbət çıxıb.
Bizimaz.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, testi pozitiv çıxan parlament əməkdaşları dərhal həkim nəzarətinə götürülüblər:
“Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin COVİD-19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir”.