Xəbər lenti

 

“Fiziki formanı ev şəraitində də uğurla saxlamaq olar. Bu gün artıq heç kimə sirr deyil ki, evdə idmanla fəal şəkildə məşğul ola biləcəyimizi göstərən çoxlu informasiya resursları var. Mən gənc yaşlarından idmanla məşğul olan bir insan kimi, bütün qaydalara riayət edirəm və idmanla məşğul olmağı həm sağlamlıq, həm özünə inam və həm də iş qabiliyyəti üçün vacib amillərdən biri hesab edirəm”.

 

Bizimaz.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində karantin şəraitində ölkə başçısının intensiv dövlət fəaliyyəti aparması, həmçinin fiziki formasını necə saxlaması və bu istiqamətdə həmvətənlərinə hansı tövsiyələrinin olması barədə sualını cavablandırarkən deyib.

“Mən dəfələrlə gənclərə, orta yaşlı insanlara müraciət edərək demişəm: idmanla məşğul olun.

Bunu dəfələrlə təkrar etmişəm, amma təkrarlanmalıdır ki, insanlar buna gəlsinlər. Xəstəxanaların geniş inşa işlərinə başlayanda hamının tibbi müayinədən keçməli olduğunu çox dediyimi xatırlayıram. Bu gün isə ümumi pulsuz dispanserizasiya aparanda, - sadəcə bu il pandemiya səbəbindən aparılmayıb - öz sağlamlığını yoxlamaq üçün 5 milyondan çox insan gəlir.

Eyni şey idmanla da olmalıdır. Mən deyirəm: idmanla məşğul olun - faydalarını görəcəksiniz, fiziki vəziyyətinizin, əhvalınızın və iş qabiliyyətinizin necə yaxşılaşacağının şahidi olacaqsınız. Buna görə də, indi hamıya məsləhətim internet resurslarından istifadə etməkdir. Orada evdə idmanla məşğul olmaq üçün bir çox məsləhət, proqramlar var.

Karantin rejiminə gəlincə, mən prinsipcə intizamlı insanam. Buna görə, mənim ictimai tədbirlərimdə doqquz nəfərdən artıq adam olmur. Bizdə 10 nəfərdən çox insanın birlikdə toplanması qadağandır, ancaq mən həmişə ehtiyatı əldən verməyərək doqquz deyirəm”, - deyə dövlət başçısı fikrini tamamlayıb.

istinad

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov