Xalq artisti Zülfiyyə Xanbabayeva "Jara" beynəlxalq musiqi festivalının açılışında çıxış edəcək.
Bizimaz.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə festivalın rəsmi instaqram səhifəsində məlumat verilib. Maraqlısı odur ki, tədbirdə azərbaycanlı məşhurlardan yalnız Xalq artisti Zülfiyyə Xanbabayeva çıxş edəcək.
Qeyd edək ki, "Jara" iyulun 25-dən 28-nə kimi keçiriləcək. Festivalda Filipp Kirkorov, Ciqan, Ani Lorak, Valeriya, Timati, Sergey Lazarev kimi məşhurlar çıxış edəcək.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.