“Kitab məsələsi çox vacibdir. Orta məktəblərdən başlayaraq kitabların oxunması məcburiləşdirilməlidir. Belə olan halda effektini görə bilərik”.
Bizimaz.az bildirir ki, Bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O, kitabların qitmətinin baha olmasını da diqqətə çatdırıb: “Kitabların qiyməti çox bahadır. Bu kitablar əsasən xaricdən Azərbaycana gətirilənlərdir. İl ərzində ölkəyə 200 minə yaxın kitab gətirilir. Burada 18 faiz əlavə dəyər vergisi, 7-8 faiz gömrük və digər xərclər kitabı 60-70 faiz bahalaşdırır. Hesab edirəm ki, xaricdən gətirilən kitablar əlavə dəyər vergisindən azad edilməlidir. Kitabın dəyəri çox böyükdür. Çap məhsulları, əsasən elmi jurnallar da vergidən azad olunmalıdır”.