Xəbər lenti



İsrailli həkim sırf mənim üçün gəlməmişdi Bakıya. O, burada olduğu müddətdə getdim yanına və bir kurs müalicə aldım. Əvvəlkinə nisbətən yaxşıyam. Ancaq yenə də ayağımda ağrılar var. Həkim Bakıya yenidən gələn kimi müalicəni davam etdirəcəm.

 

Bu sözləri “Kult.az”a açıqlamasında uzun müddətdir onurğasında yaranmış problemdən əziyyət çəkən xalq artisti Rasim Balayev bildirib. Aktyorun sözlərinə görə, yaxın vaxtlarda israilli həkim yenidən Bakıya gələcək:

“Ayağımda ağrılar hələ də qalıb. Gəzəndə çətinlik çəkirəm, ona görə də müalicəni davam etdirəcəm”.

Xalq artisti bildirib ki, filmlərlə bağlı gələn təkliflər həddən artıq çoxdur və yaxın günlərdə təkliflərdən birini dəyərləndirəcək:

“Psixoloji problem yaradır işsizlik, rol oynamamaq. Sırf bu səbəbdən bir qədər ürəyimcə olan təklifləri dəyərləndirmək fikrim var”.

Xalq artisti bildirib ki, bu gün çəkilən filmlər insanın ürəyindən tikan çıxarmır:

“Bəlkə, bir qədər kobud səslənəcək sözüm, ancaq indi “xaltura” edirlər, qeyri-ciddi yanaşırlar filmlərə. Ona görə çəkilmək istəmirəm. Ancaq evdə oturmaq məni bezdirir”.

R.Balayev ağır xəstəlikdən əziyyət çəkən həmkarı və dostu Fuad Poladov barədə də danışıb. Bildirib ki, son vaxtlar F.Poladov onun zənglərinə cavab vermir:

“Son 4-5 günə qədər hər gün danışırdıq. Mütəmadi əlaqə saxlayırdıq. Ancaq 4-5 gün olar ki, açmır zənglərimi. Özünü yaxşı hiss etmirdi. Əhvalı yaxşı deyildi. O, heç vaxt nədənsə şikayət etməyib. Danışanda da şikayətlənmirdi. Sadəcə, hiss edirdim ki, yaxşı deyil”.

Qeyd edək ki, xalq artisti R.Balayev şəkər və təzyiq xəstəliyindən əziyyət çəkir. Onun onurğasında da problem var.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov