Hazırda xalq artisti Fəxrəddin Manafovun zəngini gözləyirik.
Bizimaz.az bildirir ki, Bunu Report-a açıqlamasında Azərbaycan Dövlət Rus Dram Teatrının mətbuat katibi İlham Məmmədov deyib.
Onun sözlərinə görə, F.Manafov rəsmi şəkildə teatrın işçisidir:
“Fəxrəddin Manafovun çıxış etdiyi “Mərasim” tamaşası repertuarımızda var. Səhnə əsəri ayda bir dəfə nümayiş etdirilir. Tamaşanın rejissor köməkçisi onunla əlaqə saxlayıb və nə vaxt oynamaq istədiyini soruşub. Nə vaxt istəsə, gəlib rolunu ifa edə bilər. Teatrda xalq artisti üçün bütün şərait yaradılıb. Səhnə əsərinin nümayişi Fəxrəddin Manafovdan asılıdır”.
Qeyd edək ki, F.Manafov bir müddət əvvəl çalışdığı Rus Dram Teatrından işdən çıxdığını bildirmişdi.
Mədəniyyət Nazirliyinin rəhbərliyi aktyorun səhnə yaradıcılığı üçün zəruri şəraitlə təmin olunması, onu narahat edən məsələlərin aradan qaldırılması və teatrda fəaliyyətini davam etdirməsini təmin etmək barədə Rus Dram Teatrının rəhbərliyinə ciddi tapşırıq vermişdi.