Xəbər lenti

mtrsh
“Teleradio məkanında dil normalarının pozulması hallarına reklamlarda daha çox rast gəlinir”.

 

Bizimaz.az “Report”-a istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq qrupunun üzvü, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Təranə İsmayılova “Xalq qəzeti”ndə dərc olunan məqaləsində bildirib.

Monitorinq qrupunun üzvünün sözlərinə görə, nəzərə alınmalıdır ki, ekran və efirdə dəfələrlə görüntülənən və eşitdirilən reklam mətnini zaman keçdikcə tamaşaçı və dinləyici bir norma, ədəbi fakt kimi qəbul edir: “Bu səbəbdən reklamların dil xüsusiyyətlərinə diqqət yetirmək çox vacib məsələdir. Çox təəssüf ki, efir-ekran reklamlarının ədəbi dil normalarına uyğun olanları yox dərəcəsindədir”.

O bildirib ki, reklam mətnlərinin üzərində təsadüfi tərcüməçilər çalışır və ortaya bu sayaq qeyri-peşəkarlıq nümunələri çıxır: “Dilin qrammatik xüsusiyyətlərini bilmədən rus və ingilis dillərindən tərcümə edilən reklam mətnlərində əcaib, anlaşılmaz ifadə və sözlərin yaratdığı mənalar çox gülünc səslənir. Narahatlıq doğuran hallardan biri də reklam edilən məhsulların adlarının əcnəbi dildə (orijinalda olduğu kimi) yazılaraq tamaşaçıya göstərilməsidir. Reklamlarda göstərilən “Express kredit”, “Head & Shoulders”, “Melissa Group”, “Biopower”, “Mr. Fix”, “Dulce Gold” və s. kimi söz və ifadələrin yazılışı dilimizin imla qaydalarına uyğun deyil”.

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov