Bu Gün Nüsrət Kəsəmənlinin doğum günüdür.
Nüsrət Kəsəmənli 29 dekabr 1945-cı ildə Ağstafa rayonu rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur (1966). Universitetin II kursunda ikən "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur (1978-1985).
1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şerinə musiqi bəstələnmişdir. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak etmişdir. Dəyərli şairimiz bir çox məşhur şeirlərin müəllifidir.
Daha nağıllara inanmıram mən
Vətən alov etsin odunu sənin
Mənsiz qalacaqdır bu dünya bir gün
Qoyunlar yeyəcək canavarları...
Mənim o ağaca yazığım gəlir...
Mənə inanmırsan bir yuxu kimi
İnanma əzizim, inan əzizim
Fəal ictimaiyyətçi olmuşdur: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981-1984), mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI,VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilmişdir. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor işləmişdir (1985-ci ildən). "Dünyaya pəncərə" sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olmuşdur (1985-ci ildən).15 oktyabr 2003-cü ildə Təbrizdə vəfat etmişdir.
Biz unudulmaz şairimiz Nüsrət Kəsəmənlini hörmətlə yad edir və Allahdan rəhmət diləyirik.