Xəbər lenti

Xalq artisti Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirilib.

 

Bizimaz.az xəbər verir ki, bu barədə “Bizimləsən” verilişində aparıcı Zaur Baxşəliyev deyib. Efir vasitəsilə Ramiz Əzibəyli ilə telefon bağlantısı yaradan aparıcı onun səhhəti barədə məlumat alıb:

“Yaxşıyam. Klinikada müalicə alıram”, - R.Əzizbəyli bildirib.

Danışmaqda çətinlik çəkən xalq artisti daha sonra dəstəyi qızına verib. R.Əzizbəylinin qızı Xədicə atasının bir neçə ildir insultdan əziyyət çəkdiyini deyib:

“Damarlarında tıxanma var. Bir neçə gün bundan əvvəl öyrəndik ki, barmağında yavaş-yavaş qanqrena başlayıb. Ona görə də klinikaya gətirdik. Məlum oldu ki, damarları 80 faizdən çox tıxanıb. Həkimlər ümidverici danışırlar. Deyirlər ki, damarlara stend qoyulsa, yaxşı olacaq. Eyni problem hər iki ayağında var. Bir ayağının vəziyyəti lap pisdir. Həkim deyir ki, ayağı 80-90 faiz amputasiya olunmalıdır. İstəyirik ki, stend qoyulsun və buna ehtiyac qalmasın. Bir ayağına 5000 manata stend qoyulub. Öz imkanlarımız daxilində pulunu ödədik. Lakin bundan sonrası üçün maddi çətinliyimiz var”.

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov