Baş nazir Novruz Məmmədov dekabrın 15-də Bakı Ekspo Mərkəzində xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olub.
Bizimaz.az Unikal.orgaa istinadən xəbər verir ki, baş nazirə sərgi barədə məlumat verilib.
Sərginin ekspozisiyasında Tahir Salahovun şəxsi kolleksiyasından, Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Xalça Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçilmiş 80-dək xalça, 40-dək rəngkarlıq və rəsm əsəri, həmçinin 350-dək fotoşəkil nümayiş olunur. Ekspozisiyanın sahəsi dörd min kvadratmetrdir. Burada rəssamın yaradıcılığının bütün dövrlərinə aid əsərləri yer alıb.