Xəbər lenti


Azərbaycanla Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək
 

Azərbaycan və Türkiyə kino sahəsində əməkdaşlığa hazırlaşır.

 

Bizimaz.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, bu barədə Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov “TRT Haber”ə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, müharibədə qəhrəmanlıq göstərən əsgərlər barədə film çəkiləcək:

“30 il işğal altında olan torpaqlarımızı azad etdik və savaşda qəhrəman əsgərlərimizin şücaətini daha təsirli səviyyədə göstərmək üçün kinolara ehtiyac var. Bu məqsədlə türk qardaşlarımız və istehsalçı şirkətlər ilə ortaq layihələr həyata keçirməyi çox istəyirik. Türkiyənin bu sahədəki təcrübələrindən Azərbaycan da istifadə edəcək”.

Bundan əlavə, A. Kərimov vurğulayıb ki, işğaldan azad edilən torpaqlarda tarixi abidələrin bərpası prosesi də Türkiyə ilə birgə həyata keçiriləcək.

 

 

 
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov