Xəbər lenti



Azərbaycanlı rejissor Elçin Ağazadənin “Uğur böcəyi” adlı filmi ABŞ-ın Florida ştatında 15 dəqiqəlik qısa sosial filmlər arasında “Ən yaxşı sosial film” nominasiyasının qalibi olub.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, ekran əsəri autizmli uşaqlara həsr olunub. Kiçik oğlunun autizm sindromlu olması rejissorun bu işə təşəbbüs göstərməsinə səbəb olub. Filmin baş qəhrəmanı balaca Fatimə rolu ilə autizmə xas davranışları maksimum əks etdirə bilib. Görünür, bu da amerikalı film mütəxəssislərinin diqqətini cəlb edib.

Filmin rejissorları Elçin Ağazadə, Elmar Bayramov, operatoru Tərlan Xaqverdiev, icraçı prodüseri Anar Yəhya, rolları Fatimə Əliyeva, Ülviyyə Rza və Kənan Əsgərzadə ifa ediblər.

Xatırladaq ki, Elçin Ağazadə buna qədər bir çox milli mənəvi dəyərlərlə bağlı kliplərin və sənədli filmlərin rejissoru olub. Onun çəkdiyi "Cənnət ətri", "Səngərdə azan", "Zamana sığmayan Nəsimi", "Klassik ədəbiyyatımızda imam Hüseyn" və s. işləri rəğbətlə qarşılanıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov