Hərbçilərimiz Ağdam rayonununda məşhur xanəndə Səxavət Məmmədovun qəbrini tapıblar.
Kult.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Qeyd edək ki, Səxavət Məmmədov 1953-cü ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan dərs alıb.
1976-cı ildə “Hümayun” xalq ansamblının solisti olub. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.
S.Məmmədov 30 sentyabr 1991-ci ildə avtomobil qəzasında dünyasını dəyişib.