Müğənni Aysel Adıgözəlova sosial şəbəkə hesabında Zəngilanın alınması ilə bağlı paylaşım edib.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, o, Zəngilanla bağlı paylaşdığı fotoya “Zəngilan! Evinizə xoş gəlmisiniz” şərhini verib.
Xatırladaq ki, Aysel Teymurzadə Azərbaycanı “Eurovision 2009” mahnı müsabiqəsində təmsil edib. 2012-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ailə qurub.
Cütlüyün 2012-ci il təvəllüdlü Sədiə adında qızı, 2014 və 2016-cı il təvəllüdlü oğlan övladları olub.