Türkiyənin yumor ustası Cem Yılmaz sosial şəbəkə hesabında Azərbaycanla bağlı paylaşım edib.
Bizimaz.az xəbər verir ki, Yılmaz 5 milyonluq “İnstagram” hesabında işğalçı Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına atəş açmasını pisləyib.
"Can qardaşımız Azərbaycan xalqına ən yaxın zamanda müharibədən, qandan, acıdan uzaq günlər diləyirəm. Ədalətsiz dünyaya heyrətlə baxıram...
Ən yaxın zamanda bu zülmün bitməsini istəyirəm", - deyə Yılmaz bildirib.
BAKU.WS