Xəbər lenti

Hadrutdakı alban kilsəsi də erməni vandalizminə məruz qalıb
 

İşğalçı Ermənistan Hadrut qəsəbəsinin Tuğ kəndində yerləşən, 13-cü əsrdə inşa olunmuş Qafqaz Albaniyasına aid Qtiçavank monastrında da vandalizm törədib. Bu fakt ermənilərin müqəddəs məbədlərə münasibətini və fərqli mədəniyyətlərə dözümsüzlüyünü göstərir.

 

Bizimaz.az “Qafqazinfo”-a istinadən  xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova sözügedən monastrın Hadrutun işğaldan azad olunmasından sonra çəkilən şəkilini öz feysbuk səhifəsində paylaşıb. Fotoşəkildə qədim kilsənin divarları üzərində törədilmiş vandalizmin şahidi olmaq mümkündür.

“Tuğ kəndindəki Qtiçavank monastırında törədilən vandalizm aktı açıq-aydın sübut edir ki, ermənilərin 1828-ci ildə İranın Marağa şəhərindən köçürülməsinin şərəfinə ucaldılan Marağa abidəsindən başqa Qarabağda heç bir mirası yoxdur”,- deyə G. Gözəlova qeyd edib.

 


 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov