Azərbaycanda “Gilavar” Photo Club of Azerbaijan foto klubun təşkilatı dəstəyi ilə keçirilən iki beynəlxalq foto müsabiqədən biri yekunlaşıb.

 

bizimaz.az  Beynəlxalq Fotoqrafiya İncəsənəti Federasiyası (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinın (PSA) xüsusi icazə ilə keçirilən Azerbaijan Photo Salon adlı foto müsabiqəyə rekord saytda iştirakçı qatılıb. Belə ki, foto müsabiqəyə 57 ölkədən 410 fotoqraf 7 min 865 foto təqdim edib. Sərbəst rəngli və sərbəst ağ-qara, insan, səhayət, təbiət və fotojurnalistika mövzuları üzrə təqdim olunan fotolar 3 nəfərdən ibarət Gürcüstandan olan münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.

Müsabiqənin ən yaşxılarına medallar və xüsusi lentlər təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaqdır.

Ümumilikdəaltı nominasiya üzrə təqdim olunan 97 mükafata 35 ölkənin 79 fotoqrafı, o cümlədən Azərbaycandan olan fotoqraflar Kərim Abbasov, Orxan Əzimov və Ramil Zeynalov layiq görülüb.

Qeyd edək ki, “Gilavar” Photo Club of Azerbaijan foto klubu tərəfindən Baku 2018 adlı daha bir beynəlxalq foto müsabiqə həyata keçirilir və bu müsabiqəyə sentyabr ayında yekun vurulacaq.