Xəbər lenti

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev əməkdar artist Bəhram Bağırzadənin səhhətindəki son vəziyyət haqqında məlumat verib.

 

Bizimaz.az xəbər verir ki, Bəxtiyar Musayev Teleqraf.com-a açıqlamasında Bəhram Bağırzadənin səhhətində irəliləyiş olmadığını deyib:

"Bəhram Bağırzadənin vəziyyəti stabil-ağır olaraq qalır. Ötən gün vəziyyətində ciddi dəyişiklik baş verməyib. Xəstə süni tənəffüs aparatına və ECMO cihazına qoşulu vəziyyətdədir. Təyinat üzrə müalicə davam etdirilir".

Qeyd edək ki, koronavirus testi pozitiv çıxan Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov