Xəbər lenti

Müğənni Baloğlan Əşrəfov efirlərə çıxmır.

 

bizimaz.az  bir neçə kanaldan müğənnini qonaq qismində dəvət etsələr də, sənətçi gələ bilməyəcəyini deyib.

O bildirib ki, sentyabr ayına qədər efirə çıxmağına qadağa qoyulub. Əşrəfovun dediyinə görə, sentyabr ayında konsert verəcək, konsertin təşkilatçısı Samir Xəttab isə müğənniyə efirlərə çıxmamağı tapşırıb.

Məsələ ilə bağlı Samir Xəttabla əlaqə saxladıq. Təşkilatçı bildirdi ki, məlumat doğrudur:

“Sentyabr ayının 8-də Baloğlan Əşrəfovun konserti baş tutacaq. Müqaviləmizə və qarşılıqlı razılaşmaya əsasən, konsertə qədər efirə çıxması və mahnı oxuması qadağandır. Əgər hər hansı bir vacib məqam yaranarsa, razılaşarıq, çıxış edər. Bu kimi qadağalar dünya praktikasında hər zaman icra edilib”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov