Xəbər lenti

Xalq artisti, tanınmış xanəndə Arif Babayev Gəncədə baş verən iğtişaşlardan narahatlıq hissi keçirdiyini deyib.

 

bizimaz.aza açıqlama verən sənətkar xəbəri eşidəndən sonra təzyiqinin qalxdığını deyib. O, baş verən hadisələri dövlətçiliyimizə uzanan xain əl kimi dəyərləndirib: “Bu xəbər mənə çox pis təsir etdi. Xəbəri eşidəndən bəri halım özümdə deyil, dünəndən təzyiqim qalxıb, dərman içirəm. Bu araqarışdıran insanların dərdi nədir, nə istəyirlər. Əmin-aman, firavan ölkədə yaşayırıq, bizim bir dərdimiz var, o da Qarabağı almaq. Bu hadisə dövlətçiliyimizə uzanan xain əldir. Biz əlbir olmalıyıq, dövlətimizin ətrafında sıx birləşməliyik. Necə yəni, polisi qətlə yetirmək? O polislər xalqımızın asayişi keşiyində dayanan insanlardır. Cinayəti törədənlər öz layiqli cəzalarını almalıdır”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov