Xəbər lenti



Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda şöbə müdiri və nazirin müşaviri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Nazirlikdən Kult.az-a verilən məlumata görə, nazirin müvafiq əmrinə uyğun olaraq, yeni yaradılan Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri vəzifəsi Azadə Hüseynovaya havalə olunub

Digər əmrlərlə Yaşar Əliyev, Aydın İsmiyev və Vüqar Şahinzadə nazirin müşavirləri təyin olunublar.

Qeyd edək ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov