Xəbər lenti

Xalq artisti, tanınmış aktyor Yasin Qarayev qəzəblənib.

 

bizimaz.az Aktyor "sənətkaram" deyib, özünü tərifləyənlərin ünvanına kəskin fikirlər səsləndirib:

"Televizora baxmağıma peşman oluram, insan özünü nə qədər yersiz tərifləyər, boş-boş danışar, ona - buna fəlsəfə dərsi keçər? Mən efirdə "sənətkaram" deyib özünü tərifləyənləri görəndə şoka düşürəm. Özünü o qədər öyür, "vətənpərvərəm" deyir, tanımayan olsa, deyərsən bu, görən hansı qəhrəmanlıqları edib. Yaxud da efirə çıxıb, abır-həyadan, namus-ismətdən danışıb, camaata əxlaq dərsi keçirlər. Heç özündən xəbəri yoxdur e. Adama sual verərlər ki, ə, sən kimsən namus-qeyrətdən danışırsan, millətə əxlaq dərsi keçirsən? Vətən darda olanda, ailən-uşağınla xarici ölkələrdə kef edirdin, indi vətənpərvərlik damarın tutub. Bəsdirin də, adam sizi görəndə yerinizə utanıb, xəcalət çəkir. Bu qədər də insan özünü yalandan tərifləyərmi? Mən özüm efirə çıxanda söz deməyə, danışmağa utanıram, dilim-dodağım təpiyir. Fikirləşirəm ki, böyük sənətkarların yanında birdən nəsə deyərəm, yerinə düşməz. Aparıcılar da elə düşünür ki, yəqin Yasin Qarayevin danışmağa sözü yoxdur. Sözüm var e, amma yerimi bilən adamam".

 

Xalq artisti aparıcıları da tənqid atəşinə tutub:

"Baxırsan aparıcılar qonaqlarla necə rəftar etməyi bilmir. Sırtıqlıqla sərbəstliyi dəyişik salıblar. Onlara elə gəlir ki, sırtıqlıq etmək, elə sərbəstik deməkdir. Başa düşmürlər ki, sənətkarla özünü sənətkar adlandıran arasında yerlə göy qədər fəqr var".

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov