Qeyri-iş günlərində hər kəsi maraqlandıran məsələlərdən biri də səmərəli vaxt keçirməkdir. Tətil günlərində hansısa rayona getməyi planlaşdıran vətəndaşlar üçün müəyyən güzəştlər mövcuddur.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, 4 günlük tətildə müxtəlif bölgələrdə istirahət etmək mümkündür. Bunun üçün turizm şirkətləri fərqli və hər qiymətə tur paketlər hazırlayıblar.

 

Turzim eksperti Rəhman Quliyev AZTV-yə bildirib ki, avtobusla gedib qayıtmaq üçün bir günlük turlar da mövcuddur: "Yaxın rayonlara 20-25 manat xərcləməklə bunu reallaşdırmaq mümkündür. Şəki-Zaqatala-Qax-Balakən bölgələrinə 25-35 manat xərcləməklə bir günlük turdan yaralana bilərlər.

Dörd ulduzlu otellərdə 3 gecəlik qalmaq, səhər yeməyi və avtobusla gediş-gəliş daxil olmaqla 300-350 manat qiymətlər mövcuddur. Beş ulduzlu otellərdə isə qiymət 550-700 manat arasında dəyişir".

Tətili səbirsizliklə gözləyənlər arasında azyaşlılar da var. Əgər tətil günləri Bakıda olacaqsınızsa, onda ailənin balaca üzvləri üçün də müəyyən təkliflər var. Belə ki, azyaşlıları Abdulla Şaiq adına Kukla Teatrına aparmaq mümkündür. 3 yaşdan yuxarı uşaqlar üçün xüsusi repertuarlar hazırlayıb. Tamaşalara biletləri teatrın kassasından 3 manata ala bilərsiniz.

Bundan başqa Bakı Dövlət Sirki də uşaqları rəngarəng şou proqramlarla qarşılayacaq. Biletlərin qiyməti 11-27 manat arasında dəyişəcək. Bakı Dövlət Sirkinin mətbuat katibi Gülşanə Mahmudova bildirib ki, əsasən 6-7 noyabr tarixlərində “Beynəlxalq Sirk: Festival Qalibləri” adlı proqram tamaşaçıların ixtiyarında olacaq. Proqram noyabrın 27-nə kimi davam edəcək.

 
BAKU.WS
VİDEO