Xəbər lenti


İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti “Şahinlər” MMC barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
 xəbər verir ki, məhkəmənin hazırlıq iclası Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin sədrliyi ilə 18 fevral tarixində keçirilib. Məhkəmə baxışı isə  mart ayının 3-də baş tutub və növbəti iclas aprel ayının 13-ə təyin edilib. 
Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin açıqladığı məlumata görə “Şahinlər” MMC hazırda dövlət büdcəsinə böyük həcmdə - 2 milyon 763 min 526 manat 36 qəpik vergi borcu var.
"Şahinlər" MMC 27.06.1994-cü ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nizami rayonu, Bəhruz Nuriyev, ev 22-də yerləşən MMC-nin nizamnamı kapitalı 30 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Bayramov Elməddin Nəbi oğludur. 
Qeyd edək ki, “Şahinlər” MMC-nin  Nizami rayonu, Bəhruz Nuriyev küçəsində qeydiyyatda olan “Nyu Sfera Şirkətlər Qrupu”na daxil olduğu və tikinti sektorunda fəaliyyət göstərdiyi qeyd olunur. Bu barədə məlumat “Nyu Sfera Şirkətlər Qrupu”nun veb-səhifəsində də (nyusfera.com) qeyd olunub. 
“Nyu Sfera Şirkətlər Qrupu”nun rəhbəri isə azərbaycanın tanınmış iş adamlarından biri olan Quliyev İman Nəsurulla oğludur. 
İman Quliyevin Azərbaycanda çoxsaylı biznesə sahib olduğu barədə məlumatlar şirkətin rəsmi veb-səhifəsində yer alıb.  “Nyu Sfera Şirkətlər Qrupu”nun Azərbaycanın biznes sahəsində 1992 ci ildən fəaliyyət göstərdiyi qeyd olunur. Bildirilir ki, şirkət təmir-tikinti, xidmət, turizm, nəqliyyat və digər sahələrdə müvəffəqiyyət əldə edib. Şirkətlər qrupa “Nyu Sfera İnşaat” MMC, “Nyu Sfera Art” MMC, “Nyu Sfera Ticarət” MMC, “Nyu Spera Ltd” MMC, “A.R. Kommersiya” MMC və “Şahinlər” MMC daxildir. Onun mülkiyyətində çoxmərtəbəli “Xalqlar Dostluğu” ticarət mərkəzi, Bakıda 3 şadlıq sarayı  - “Romance Palace-1”, “Romance Palace-2", “Şərq Saray” və “Yay” restoranı var. İsmayıllı rayonundakı “Green House” turizm mərkəzi də İman Quliyevə məxsusdur.  “Nyu Sfera Şirkətlər Qrupu” Bakının Suraxanı rayonu ərazisində “Yeni Zığ Yaşayış Kompleksi” inşa edir. 
İman Quliyevin rəhbərlik etdiyi “Politon” MMC isə Azərbaycanın ən böyük metaləritmə və metal məmulatı istehsalı müəssisəsi olan “Baku Steel Company” MMC-nin 50%-nə nəzarət edir. Qeyd edək ki, “Baku Steel Company” MMC-nin direktoru Rasim Məmmədov bu yaxınlarda həbs olunub.
Onu da bildirək ki, İman Quliyevin sahibi olduğu şirkətlərdən biri də "Real Təhlil və İnformasiya Mərkəzi” MMC-dir. Bu şirkət isə REAL TV-nin təsisçisidir.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov