Son illər Ağdamda həyata keçirilən abadlıq, quruculuq işlərinin səbəbkarı birbaşa rayon icra başçısıdır
2 il öncə 28 avqust Ağdam rayonuna yeni icra başçısı təyin edildi. Bütün rayon camaatı ölkə prezidenti cənab İlham Əliyevin kimi icra başçısı təyin etməsini maraqla izləyirdi. Məlum oldu ki, yenə elimizin oğlu rayonumuz üçün hər zaman dəridən qabıqan çıxan, həmişə camaatımızın yanında olan, onlara dəstək duran Vaqif Həsənov.
Zatən bəzi media orqanları son aylar cızma qara ilə Vaqif Həsənova hansısa yapışmayan çamuru atmaq istəyib. Amma nə karə... yapışmayan çamuru ha at. Vaqif Həsənov Ağdama təyinat alan kimi rayonun işğal altında olmayan bütün kəndlərini qəsəbələrini, məcburi köçkün düşən sakinlərimizin məskunlaşdığı ərziləri bir-bir qarış qarış gəzdi. Sakinlərin dərdini sərini, şikayətlərini örgəndi, dərdlərinə sərlərinə köməkçi olacağını dilə gətirdi. Heç 2 ay keçməmiş Quzanlı qəsəbəsində görünməmiş abadlıq işləri başladı.Rayon kəndlərarası yolların asfaltlanması həyata keçirildi.İndi artıq Ağdam kəndlər arası yollar şüşə kimidir və istədiyimiz vaxt rahat şəkiləd bu yollardan istifadə edə bilirik. Quzanlı, Xındırısat, Sarıcallı, Qaradağlı və digər kəndlərdə isə abadlıq işləri hələdə davam edir.
Baş verən bu yeniliklərin səbəbkarı isə rayon icra başçısı Vaqif Həsənovdur. Görünən odur ki, Vaqif Həsənov cənab prezident İlham Əliyevin etimadını canla başla doğruldaraq, anadan olduğu doğma rayonunn inkşaf etdirməkdən yorulmur. Məhz avqustun 28 də Vaqif Həsənovun icra başçısı olmasının 3 illiyi tamam olur. Bu iki ildə Ağdam kəndləri, qəsəbələri o qədər dəyişib ki, artıq rayona gələn qonaqlar bunu açıq aşkar etiraf edirlər. Ancaq bəzi mətbu orqanlar kimlərinsə sifarişi ilə tez tez Ağdam rayon icra başçısı Vaqif Həsənov haqqında, onun quruculuq abadlıq işləri ilə bağlı yalan iftira yazmaqdan çəkinmirlər. Adını çəkmək istəmədiyim bu mətbu orqanlara sifariş verən “şəxslər” in arzusu hər zaman ürəklərində qalacaq. Çünki Vaqif Həsənov onların fikirləşdiyinin əksinə Ağdam rayonu üçün can qoyur, əziyyət çəkir, gecə gündüz yerlilərinin qayğısına qalır. Xatırlatmaq istərdim ki, Vaqif Həsənov zəngin idarəçilik təcrübəsinə malik olan icra başçılarındandır. Əslən Ağdam rayonundan olan Vaqif Həsənov bu rayonun problemlərinə hər kəsdən yaxşı bələddir. Bir qədər obrazlı ifadə etsəm, onun məxsusi qəbul günü yoxdu, çünki istənilən vətəndaş istənilən vaxt icra başçısı ilə şəxsən görüşə, problemlərini açıq şəkildə ona deyə bilir. Mətbuatın vəzifəsi isə dövlətinə, dövlətçiliyinə və xalqına güvənən belə məmurlara yardım göstərməkdir. Amma şər qüvvə hər zaman var və buna görədə biz bu şər qüvvəyə qarşı birlikdə mübarizə aparmalıyıq. Bu gün Quzanlıda, Xındırstanda, İmaqulubəylidə, Baharlıda, Səfərlidə, Əfətlidə və digər kəndlərdə quruculuq işləri davam etdirilir. Və ən maraqlısı İsə Vaqif Həsənov gün ərzində bir neçə dəfə bu işlərə baş çəkməsi və abadlıq işlərinə şəxsən nəzarət etməsidir. Görünən odur ki, kimlərinsə gözü kordur və vətəninə, millətinə, dövlətinə, rayonuna, camaatına sadiq olan, onalır sevən, istəyən, onlar üçün canla başla işləyən Vaqif Həsənovu görmürlər. Eybi yox əsas odur ki, ölkə rəhbərliyi, ağdamlılar, rayonumuza gələn qonaqlar, vətəndaşlar bunları görür və qiymətləndirir.
Elnur Rəhimoğlu