Prezident İlham Əliyevin müraciətində dediyi kimi, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Azərbaycan öz Qələbəsi ilə bu münaqişəni həll etdi. Azərbaycan Ermənistanı kapitulyasiyaya məcbur etməklə Dağlıq Qarabağ problemini həll etdi.
Bununla da bölgədə yeni reallıq yarandı. Bu reallıq Azərbaycanın maraqları çərçivəsində, İlham Əliyevin şərtləri əsasında yarandı. Həm Ermənistan, həm də dünya erməniliyi bu reallıqla barışmağa məhkumdur. Ermənistanın kapitulyasiya aktı həm də bu reallığın hüquqi təsbitidir. Bu reallığın ən mühüm tərəfi odur ki, 44 günlük müharibənin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Başqa bir mühüm reallıq odur ki, Azərbaycan Cənubi Qafqazda erməni faşizminin qarşısını aldı və ona elə bir zərbə vurdu ki, heç vaxt başını qaldıra bilməyəcək.
Prezident İlham Əliyev həmişə qeyd edir ki, biz qəhrəman əsgər və zabitlərimizin hesabına qələbə qazanmışıq. Nə qədər müasir silahlarımız olsa da, döyüşlərin qalibləri ordumuzun şəxsi heyətidir. Bu müharibədə Azərbaycan əsgərləri rəşadətlə döyüşdü, atalarının, babalarının yolunu davam etdirərək yeni qəhrəmanlıq nümunələri yaratdı, şəhidlik zirvəsinə ucaldılar. Torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edildi.
Bu müharibədə mülki vətəndaşlarımız, qadınlar, yaşlılar, uşaqlar erməni terrorunun qurbanı oldular. Bütün dünya 44 gündə mülki insanların qətliamı ilə erməni qaniçənliyinin şahidi oldu.
Xalqımız öz qəlbində şəhidlərimizə əbədi heykəl ucaldıb. O cümlədən bu müharibənin qurbanları olan mülki vətəndaşların əziz xatirəsi heç vaxt unudulmayacaq. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə sentyabr ayının 27-nin Anım Günü kimi təsis edilməsi bütün xalqımızın ürəyindən xəbər verən qərar oldu.
Sentyabr ayının 27-dən başlanan Vətən müharibəsinin hərbi əməliyyatlar dövrü məhz bu tarixdə başa çatdı. Şuşanın Azərbaycan tərəfindən azad edilməsindən sonra çıxış yolu qalmayan Ermənistan İlham Əliyevin şərtləri ilə kapitulyasiya aktına imza atmağa məcbur oldu. Sərəncamda deyildiyi kimi, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarıldı.
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində Vətən savaşı qələbə ilə başa çatdı. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.
Bu, Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilən Qələbə kimi tariximizə həkk olundu. İlham Əliyev sərkərdə qətiyyəti və siyasi müdrikliklə Ermənistanı diz çökməyə məcbur etdi. Dünya ictimaiyyəti bir xalqın öz torpaqları uğrunda mübarizəsinin gücünü gördü. Ən əsası odur ki, bu qələbənin nəticəsində bütün dünya Prezident İlham Əliyevi müasir dünyamızın lider etalonu, həm də Müzəffər Ali Baş Komandan kimi tanıdı.
Tarix boyu erməni vətənsiz olub, çünki erməninin öz torpağı olmayıb. Öz torpağı olmayanın doğma yurdu da ola bilməz. Azərbaycan xalqı qalibiyyət rəmzidir, çünki dövlətimiz də var, Vətənimiz də. Azərbaycan bayrağı azadlıq və müstəqillik rəmzidir. Çox şükür ki, millətimizin İlham Heydər oğlu Əliyev kimi yenilməz lideri var. Onun ünvanına nə qədər xoş sözlər desək, yazsaq, azdır. Xalqa bəxş etdiyi bu bayram dolu günlər heç vaxt unudulmayacaq. Bu günlərin mütləq gələcəyinə inanırdıq. Çünki İlham Əıiyev xalqa verdiyi bütün vədləri yerinə yetirib.
Ərazilərini işğaldan azad edən xalqımız Vətən müharibəsində özünün zəngin qəhrəmanlıq tarixinə yeni səhifələr yazdı. Bu möhtəşəm zəfər göstərdi ki, Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır. Bütün dünya gördü ki, Ulu Öndər Heydər Əliyevin xilas etdiyi və yenidən qurduğu, Prezident İlham Əliyevin qüdrətləndirdiyi müasir dövlətimiz indi istənilən problemini həll etməyə qadirdir.
Çox hörmətli cənab Prezident, torpaqlarımızın erməni təcavüzkarlarından azad edilməsi münasibətilə Sizə Yasamal bələdiyyəsinin üzvləri adından təşəkkür edirik. Sağ olun ki, əbədiyaşar Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz. Biz çox xoşbəxt insanlarıq ki, Sizin kimi müdrik, səmimi, xalqına dəyər verən, milləti üçün yaşayan Prezidentimiz var. Azərbaycan xalqının dünya xalqları arasında yenilməz bir xalq olduğunu Siz dünyaya sübut etdiniz. Bu xoş anları bizə yaşatdığınız üçün Sizinlə qürur duyuruq. Biz Qələbəmizlə dünya ölkələri arasında doğma torpağını mənfur düşməndən azad etmiş başı uca xalq kimi təqdim olunuruq. Bizim birliyimizin təntənəsi olan bu böyük Qələbənin əldə olunmasında Siz yüksək diplomatik peşəkarlıq, əzmkarlıq, qəti siyasi iradə nümayiş etdirərək, bütün təzyiqlərə mərd-mərdanə sinə gərib onların hamısını dəf etdiniz, öz prinsipial mövqeyinizdən bir an belə dönmədiniz. Biz müharibə dövründə xalq-Prezident, ordu-xalq birliyinin bir daha şahidi olduq. Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Torpaqlarımız uğrunda şəhid olan hər bir Azərbaycan övladına Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Yaşasın güclü Azərbaycan!
Tahir Məmmədov
Yasamal Bələdiyyəsinin
sədri